XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2015 - 17:56

İŞİD 3 jurnalisti oğurladı – Xarici İşlər Nazirliyi bəyanat verdi

jurnalist-ogur-isid.jpg

Suriyada qəfildən yoxa çıxan üç ispan jurnalistin İŞİD tərəfindən oğurlandığı iddia olunur.

Strateq.az xəbər verir ki, İspaniya mətbuatı Antonio Pampliega, Jose Manuel Lopez və Angel Sastrenin son dəfə Suriyanın şimalındakı Hələb şəhərində görüldüyünü yazıb.

İyulun 10-dan sonra jurnalistləri görən olmayıb. Onların hər üçü Suriyaya ölkədə baş verənlərlə bağlı reportaj hazırlmaq üçün yollanmışdı.

İspaniya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayıb. Nazirlikdən bildiriblər ki, artıq jurnalistlərin yoxa çıxması faktı üzrə araşdırmalara başlanılıb. Qeyd edək ki, Hələbin şimal və şərq hissəsindəki bəzi bölgələr İŞİD-in nəzarətindədir. Qruplaşma bundan əvvəl də eyni bölgədə bir neçə jurnalisti oğurlayaraq qətlə yetirmişdi.