XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 İyul 2015 - 18:51

Rus silahlarını ən çox Asiya ölkələri alıb –75%

Rusiyanın ötən il ən çox silah ixrac etdiyi ölkələr Asiya və Yaxın Şərq dövlətləridir.

Strateq.az xəbər verir ki, bu məlumatı Rusiya mətbuatı yayıb. Dövlət silah şirkəti “Rostek”in illik hesabatlarına əsaslanan rus mediası ən çox silah alan ölkələri bu cür sıralayıb: Hindistan, çin və İraq.

“Rostek”in 59 ölkəyə silah satdığını bildirən 2014-cü il hesabatında ölkələrin və regionların ixracatda nə qədər yer tutduqları da əks olunub. Ən çox silahın satıldığı Hindistan ümumi ixracat həcminin 25%-nə sahib olmaqla siyahının başında gəlir. Onu 22 faizlə çin və İraq təqib edir. Venezuella və Suriyanın isə hər biri satılan rus silahlarının cəmi 5%-ni alıb.

Regionlara gəlincə, rus silahlarına ən çox rəğbət bəsləyən Asiya ölkələridir. Asiya siyahıda 75% göstəriciylə siyahıda mübahisəsiz üstünlüyə sahibdir. Latın Amerika ölkələri 9%, İraq xaricindəki digər Yaxın Şərq ölkələri isə 7%-də qərarlaşıb.

Şirkətin keçmiş sovet ölkələriylə inişil gerçəkləşdirdiyi 1.5 milyard dollarlıq ixracatı ötən il 370 milyon dollara düşüb. Hesabatda həmçinin, Rusiya müdafiə sektorunu hədəf alan sanksiyaların şirkətə birbaşa bir təsiri olmadığı da bildirilib.

Strateq.az