AXCP-nin ən fəal üzvlərindən Təzəxan Mirələmli indiyə qədər bənzərinə rastlanmayan intihar haqqında məlumat yayıb. Strateq.az xəbər verir ki, xalası oğlunun intiharı barədə öz facebook səhifəsində xəbər verən cəbhəçinin bildirdiyinə görə, mərhum öz intiharını “Skype”lə qardaşılarına da nümayiş etdirib.
Bəs, bu addımın səbəbi nə olub?
Təzəxan bəyin “qara” statusunu oxucularımızla bölüşür və mərhumun yaxınlarına başsağlığı veririk.
Allah rəhmət eləsin!
Təzəxan Mirələmli: “Az öncə rayondan sarsıdıcı xəbər aldım. 38 yaşlı xalam oğlu Salamat Ağayev intihar edərək, həyatına son qoyub. Bu intiharın səbəbi digərlərindən xeyli fərqlidir. çünki bu intihar nə banka kreditə görə, nə də həddindən artıq ağır maddı durumda yaşamağa görə deyil. Bu intiharın əsas səbəbi ata olmaq xoşbəxtliyindən mərhum olmaqla bağlıdır. Salamat illər öncə öz bibisi qızı ilə ailə həyatı qurmuşdu. İllərdir övlad həsrətində idilər. Həm ölkə daxili, həm də qonşu İran və Rusiyadakı müalicələrin nəticəsində bu yaxınlarda xeyli sevinmişdilər. Lakin bu sevincləri uzun çəkmədi. Hamiləliyin 5-ci ayında körpə dünyaya gəlmədən tələf oldu. Həm də Rusiyada həkimlərin nəzarəti altında. Buna tab gətirməyən xalamoğlu isə özünü asmaqla ömrünü başa vurub. Bilirəm, düzgün yol deyil, hələ həkimlərin dediyinə görə, valideyn olmaq şansları yenə varmış. Amma tale beləymiş.
Salamat Ağayev qəribə intihar forması seçib. Skaypda Rusiyadakı qardaşları ilə canlı bağlantı quraraq özünü asıb. Bax ən böyük dərd budur.
Allah rəhmət eləsin! Bu yolu seçməməliydin, xalaoğlu!”