Bəşər Əsəd rejimi kürd separatçıları ilə birgə hərəkət edir. PKK-nın Suriya qolu olan YPG-nin İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatlara yüzlərlə Suriya əsgəri də qatılıb.
Strateq.az-ın bildirdiyinə görə, ABŞ Konqresinə təqdim edilən hesabatda belə deyilir. ABŞ Konqresi Araşdırmalar Mərkəzi tərəfindən hazırlanaraq 15 iyul 2015-ci il tarixində konqresə təqdim olunan “Suriyadakı Silahlı Münaqişələr”adlı hesabatda o da vurğulanır ki, Əsəd rejimi təkcə YPG ilə deyil, xristian, dürzi və bölgənin digər etnik-separatçı terror təşkilatlarının liderləriylə də əməkdaşlıq edir.