XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 07:51

Yalançı mesajla milyon qazanan “Azercell”

azersell.jpg

Mətbuatda mobil operatorların vətəndaşları yalançı mesajlarla aldatması və ya müxtəlif yollarla vətəndaşlara yaratdığı problemlərlə bağlı dəfələrlə yazılar dərc olunub. İndi isə, “Azercell”-in vətəndaşları aldadaraq yalançı mesajlarla qəpikləri necə milyona çevirməsinə diqqəti yönəldəcəyik. Araz Məmmədov adlı vətəndaş şikayətində başına gətirilən oyunlarla bağlı bunları bildirir:

“14.07.2015-ci il tarixdə “Azercell” nömrəmə belə bir mesaj gəldi: “30MB-lıq İnternet paketinə abunə ol və ilk ay paketi pulsuz əldə et! Qoşulmaq üçün 20.07.2015 tarixinədək 2525-ə 30 yaz göndər”. Mən də “Azercell”-in bu yalançı mesajına inanaraq 18.07.2015-ci ildə qeyd olunan 2525 nömrəsinə 30 yazıb göndərdim. Balansımdan 1 qəpik çıxıldı və əvəzində mənə belə bir mesaj gəldi: “Yanlış! İnternet paketləri üçün 50, 500, 1000, 5000, 10000, Limitsiz, 50+, Gün, Gün+, Gecə, 1 saat, 3 saat, Həftəsonu; 4G paketlər üçün 25GB, 50GB, 100GB göndər”. Mən də növbəti dəfə 50 yazıb 2525-ə göndərdim həmin vaxt balansdan yenidən əvvəl 1 qəpik, sonra isə 1 manat çıxıldı. Və internet paket aktiv olundu. Bu aldadıcı mesaja milyona yaxın istifadəçisi olan “Azercell” istifadəçilərinin hərəsi bir dəfə aldanaraq qoşulsa ilkin mərhələdə 1 qəpik ilə minlərlə manat, sonra isə növbəti qoşulmada balansdan çıxan 1 manatla milyonlarla manat əldə olunur. Qısa hesablama ilə bu nəticəyə gəlmək olar ki, milyona yaxın istifadəçisi olan “Azercell” 1 qəpik ilə minlərlərlə manat əldə edir, sonra isə bir manatla milyonlar əldə olunur. Burdan belə nəticəyə gəlmək olar ki, “Azercell” həmin yalançı mesajla sadəcə öz istifadəçilərini aldadaraq balansdan pullarını “yeyir””.