XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 08:34

“Həyatımızı ortaya qoymağa hazırıq” – Dəmirtaşdan PKK-ya çağırış
Türkiyənin HDP partiyasının rəhbəri Səlahəddin Dəmirtaş PKK-nın intiqam almaq məqsədiylə öldürdüyü iki polis və Adıyamanda öldürülən əsgərlərin ailələrinin kədərini “paylaşıram” deyib.
“Al Jazera” telekanalında yer alan xəbərə görə, S.Dəmirtaş “Qanı qanla yumaq olmaz. Bütün bu çətinliklərə baxmayaraq, demokratik və sülh yönümlü bir sistemi mənimsəməyə davam edəcəyik. çox öldük, çox kədərləndik. Bunu həll etmənin yolu qarşıdurma, qan, gözyaşı deyildir. Əzilən xalqlar olaraq, birlikdə olmaq məcburiyyətindəyik”, – deyə, vurğulayıb.
Səlahəddin Dəmirtaş daha sonra xalqların qarşılıqlı hörmət prinsipinə riayət etməli olduğunu da söyləyib:
“ötən gün Adıyamanda həyatını itirən əsgər də, polislər də bu xalqın övladıdır. Ceylanpınarda qətl edilən polislər əzilən xalqın, əməkçilərin uşaqlarıdır. Əgər bu ölkə hər birimizin doğma vətənidirsə, bir-birimizin dilinə, mədəniyyətinə, yaşam tərzinə, inancına hörmət etməliyik”.
Eyni zamanda S.Dəmirtaş prezident R.T.Ədoğanın və baş nazir Ə.Davudoğlunun ittihamlarına da cavab verib: “Bu durumdan siyasi danışıqları öz xeyrimizə çevirmək üçün istifadə edəcəyimizi düşünənlər bilməlidirlər ki, vəziyyət sizin söylədiklərinizdən də daha ciddidir. Kaşki 32 gəncimiz, əsgər və polisimiz həyatını itirməyəydi. Biz bunun üçün həyatımızı ortaya qoymağa hazırıq. Mövcud iqtidarın İŞİD ilə əlbir olduğu düşünülürsə, buna görə biz günahkar deyilik. Bu gənclər sizin günahlarınız üçün yox, sizin günahlarınıza görə öldülər”.
Musavat.com