XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

28 Avqust 2016 - 00:04

Türk ordusu Suriyada ilk itkisini verdi:1 şəhid

tankkk

Türk ordusu hərbi əməliyyata başladığı Suriyanın şimalında ilk itkisini verib.

Strateq.az xəbər verir ki, Cerablusun cənubunda iki türk tankına PYD tərəfindən raket atılıb. Raketlərdən biri hədəfə dəyib. Nəticədə sıradan çıxarılan tankdakı bir Türk əsgəri şəhid olub.

Türk Silahlı Qüvvələrinə aid hərbi texnikaların terror hədəflərini vurduğu bildirilir.

Qeyd edək ki, artıq bir neçə gündür davam edən hərbi əməliyyatlar zamanı indiyə qədər heç bir itki verməyən Türk ordusunun döyüş qabiliyyəti dünyanın bir çox dövlətləri, o cümlədən Rusiya tərəfindən maraqla izlənilir. Rus hərbi mütəxəssisləri Məhmətçiyin uğurlu əməliyyat bacarığından heyrətləndiyini gizlətmir, əsgərlərin məharətindən ağız dolusu danışırlar.

Nə yazıq ki, bütün hərbi bacarığına baxmayaraq, ən yaxşı döyüşən əsgəri qüvvələr də zaman-zaman itkilərlə üzləşirlər.