XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 August 2016 - 22:12

Yaponya 71 illik qərarını dəyişdi –Xüsusi təyinatlılar ölkə xaricində əməliyyata hazırlanır

yapon-esgeri

Yaponya 71 ildən sonra ilk dəfə əsgərlərinin ölkə xaricindəki əməliyyata göndəriləcəyini açıqlayıb.

Strateq.az xəbər verir ki, İkinci Dünya Müharibəsindən bu günə qədər ölkə xaricində hər hansı bir kiçik əməliyyata əsgər çıxarmayan Yaponiya Müdafiə Nazirliyi iki gün əvvəl 71 illik qərarlarını dəyişib.

Belə ki, müdafiə naziri Tomomi İnada ölkəsinin xüsusi təyinatlılarının BMT bayrağı altında sülhməramlı dəstələrin tərkibində ölkə xaricində əməliyyata göndəriləcəklərini açıqlayıb:

"Artıq xüsusi təyinatlılarımız bu yöndə hazırlanır. Bir aylıq əlavə təlimdən sonra əsgərlərimiz bu ilin sonunda Cənubi Sudanda sülhməramlı dəstə kimi əməliyyatlarda iştirak edəcəklər".

Strateq.az