XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 August 2016 - 14:30

Prezidentin beyninə qan sızdı –Qızı təsdiqlədi

kerimov-islam-1

Özbəkistan prezidenti İslam Kərimovun qızı atasının sağlıq durumu ilə bağlı açıqlama verib.

İ. Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva özünün “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki səhifələrində atasının insult olduğunu yazıb.

O, ötən şənbə günü İ. Kərimovun beyninə qan sızdığını və xəstəxanaya aparıldığını, hazırda reanimasiya şöbəsində müalicə olunduğunu bildirib: “Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir”. 

Xatırladaq ki, 1989-cu ildən bəri Özbəkistanı idarə edən İslam Kərimov 78 yaşındadır. 

APA