Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyaya girib.
Strateq.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyə xüsusi təyinatlılarının 60 üzvü Suriyanın Ayyaşe qəsəbəsinə daxil olublar.
Məlumatda bildirilir ki, xüsusi təyinatlılar İŞİD-in nəzarəti altında olan qəsəbəni ələ keçiriblər.
Qeyd edək ki, bu gün günorta saatlarında İŞİD Türkiyə ordusuna hücum etmişdi. Nəticədə 1 türk əsgəri şəhid olmuş, 3-ü yaralanmışdı. İŞİD isə 1 terrorçusunu itirmişdi.