Dolların manata nəzərən məzənnəsinin güclənməsi və dollara tələbatın artması nəticəsində yaranan valyuta qıtlığı kommersiya banklarının günün məzənnəsini təyin etmə saatını dəyişdirməsinə gətirib çıxarıb.
Strateq.az Fins.az-a istinadən xəbər verir ki, son bir aya qədər valyuta məzənnələrini səhər 10:00-da təyin edən kommersiya bankları artıq dollar və ya avronu hansı məzənnə ilə alıb-satacaqlarını 11:00 –da dəqiqləşdirirlər.
Sorğular göstərir ki, banklar dolların satış məzənnəsində də bir-birlərini izləməyə başlayıblar. Belə ki, bu gün bankların əksəriyyəti dolların satış məzənnəsini 1.6930 manat müəyyən ediblər.
Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu gün dolların rəsmi kursu 1,6280 manat civarında elan olunub. Avronun rəsmi kursu isə 1,8238 manat müəyyən edilib. Ancaq görünən odur ki, banklar Mərkəzi Bankın müəyyən etdiyi 4 faizlik limiti aşmaqla, valyuta satışı həyata keçirirlər…
Strateq.az