XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

29 Avqust 2016 - 22:05

TBMM başqanı Çe Gevaraya “qatil” dedi,Kuba səfirliyi etiraz bəyanatı yaydı

 ismail-kahraman-che-tepki-kapak

Türkiyə Böyük Millət Məclisinin (TBMM)  başqanı İsmail Kahramanıın Kubanın milli lideri Çe Gevaranı "qatil, eşkiya" adlandırması iki dövlət rəsmilərini də üz-üzə gətirib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kubanın Ankaradakı səfirliyi bu gün yazılı açıqlama yayaraq, ‘'Kuba inqilabının öndər siması Ernesto Çe Gevaraya yönəlik ifadələrdən əndişə və üzüntülərimizi bildiririk. Bu ifadələr qəbuledilməzdir, iki ölkə arasındakı dostluq və qarşılıqlı hörmət prinsiplərinə ziddir…", – deyə, bildirib. 

Xatırladaq ki, TBMM-nin sədri türk gənclərinin Gevaranın şəkili olan köynək geyinmələrini pisləyərək, onu "qatil", "xuliqan" adlandırıb.