XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 10:51

ABŞ-dan Türkiyəyə təzyiq:“Kürd separatçılarıyla işiniz olmasın!”

 

carter

“Suriyanın şimalındakı mübarizə yalnız İŞİD-ə qarşı yönəlməli, YGP bu mübarizənin xaricində tutulmalıdır”.

Starteq.az xəbər verir ki, faktiki olaraq Türkiyənin “Fərat qalxanı” əməliyyatının hədəfinə qarşı yönələn bu ifadələri ABŞ Müdafiə naziri Eşton Karter səsləndirib. Karter həmçinin bu fikirləri rəsmi Ankaraya çatdırdıqlarını da etiraf edib.

Hindistanlı həmkarı Manohar Parrikarla Pentaqonda görüşən ABŞ Mudafiə görüşdən sonra naziri keçirdiyi mətbuat konfransında bu mövqeyinin səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, kürd separatçıları İŞİD-ə qarşı mübarizədə ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Güclərinin (SDG) bir parçasıdır və Türkiyə də bunu nəzərə almalıdır:

"Türkiyədən əməliyyat çərçivəsində İŞİD-lə mübarizəyə yönəlmiş şəkildə qalmasını, SDG ilə qarşıdurmaya girməməsini istədik"-Karter belə deyib.