XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 14:42

Azərbaycanda ərəb turistləri gətirən avtobus qəzaya düşdü:2 ölü, 16 yaralı

Azərbaycanda ərəb turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə avqustun 29-da axşam saatlarında baş verib.

Qəbələdən Bakıya gələn "Hyundai" markalı mikroavtobusun sürücüsü İsmayıllı rayonu ərazisində idarəetməni itirib və avtobus aşıb. Hadisə nəticəsində avtobusda olan 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, turistlərdən iki nəfər xəstəxanada dünyasını dəyişib.

Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələ rayonundan Bakıya qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.