XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 İyul 2015 - 09:10

Vasif Talıbov sərəncam verdi – Naxçıvanda həkimlərin maaşı qalxdı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam verib.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində, Ağciyər Xəstəlikləri Dispanserində, Yoluxucu Xəstəliklər Mərkəzində və Onkoloji Mərkəzdə çalışan işçilərin vəzifə maaşları 10 faiz artırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sərəncam 2015-ci il iyulun 1-dən qüvvəyə minir.