XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 18:10

Prezident İlham Əliyevsərəncam imzaladı

Ilham Eliyev

Bu gün Prezident İlham Əliyev Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

Sərəncamda, Maliyyə Nazirliyi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək də tapşırılıb.