XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 21:28

Dünyanın yeni güc mərkəzləri:ABŞ-Hindistan ittifaqı Çin-Pakistan-Rusiya yaxınlaşmasını sürətləndirəcək

keryy

Hindistanın Pakistana, ABŞ-ın isə Çinə qarşı hərbi qüdrətini artımaq istəyi iki dövlətin rəsmilərini bir araya gətirib.

Strateq.az xəbər verir ki, ABŞ dövlət katibi Con Kerri bu məqsədlə Hindistanın paytaxtı Yeni Dehlidə həmkarı Suşma Suarajla görüşüb.

Görüşdə hər iki dövlət regiondakı rəqiblərinə qarşı bir-birinin hərbi bazalarından istifadə etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, görüşdən bir gün əvvəl Hindistanın müdafiə naziri Manohar Parrikar ABŞ-a səfər etmiş və həmkarı Eşton Karterlə bir araya gəlmişdi. İki nazirinin görüşündə Çinin getdikcə artan hərbi təhdidinə qarşı müdafiə imkanlarını birləşdirmək və gücləndirmək qərara alınmışdı. Nazirlər hər iki tərəfin bir-birlərinin hərbi bazalarına girişini təmin edən müqaviləyə imza atmışdılar.

Kerrinin Hindistan səfərinin bu razılaşmadan bir gün sonraya düşməsi Asiyada yeni qüvvələr balansının yaranmasından xəbər verir. Maraqlıdır ki, bir zamanlar SSRİ-yə və onun müttəfiqi Hindistana qarşı ABŞ-ın yanında yer alan, Qərbin dəstəklədiyi Taliban dirənişinə lojistik dəstək verən Pakistan da artıq zorla öz ənənəvi cizgisindən uzaqlaşdırılır. Bununla da Hindistan və ABŞ-ın ittifaq quraraq, hədəf göstərdiyi iki dövlətin – Çin və Pakistanın bu razılaşmadan sonra analoji addım atması, super güc tərəfindən sıxışıdırılan Rusiyanın da onlara qoşulması hərbi strateji zərurət halına gəlir.

 

Heydər 

Strateq.az