Son vaxtlar Əfqanıstanda əl-Qaidə ilə bağlı gələn xəbərlərin intensivliyi artıb Demək olar ki, hər gün bir terrorçu liderin öldürüldüyü bildirilir.
Strateq.az xəbər verir ki, bu gün də eyni məzmunlu məlumat yayılıb. Məlumata görə, bu dəfə ABŞ odusunun hədəfinə gələn Əbu Xəlil əl-Sudanidir.
Pentaqon tərəfindən təsdiqlənərək yayılan xəbərdə əl-Sudaninin 11 iyul tarixində öldürüldüyü qeyd olunur. Sudani intiharçı terror əməliyyatlarına rəhbərlik edirmiş. O, yaxın zamanlarda ABŞ-da ciddi rezonans yaradacaq terror hadisəsi törətməyi planlaşdırmış.
Qeyd edək ki, bu cür nöqtə əməliyyatları xəbərlərinin yayılması təsadüfi deyil. Obama çıxışlarının birində gələn ilə qədər Əfqanıstanda əl-Qaidənin işini bitirəcəyinə söz vermişdi.