XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2016 - 13:25

AB sözçüsü:“Türkiyə ittifaqımıza üzv ola bilər, amma Ərdoğansız...”

 

oettinger

Türkiyə AB-nə ancaq prezident Rəcəb Tayyib Ərdoğandan sonra üzv ola bilər”

Strateq.az xəbər verir ki, bunu AB-nin Rəqəmsəl iqtisadiyyat komissiyasının üzvü Gunther Oettinger deyib.Almaniyanın “Bild” qəzetinə açıqlama verən almaniyalı nümayəndə bunun səbəbini Türkiyənin hazırkı şəraitdə Avropa Birliyi standartlarına uyğun gəlməməsi və uyğunlaşma prosesinin ən azı, 10 il çəkə biləcəyi ilə əsaslandırıb.Xristian Birlik Partiyasından olan siyasətçi Türkiyənin Avropa Birliyi üçün geostrateji və iqtisadi baxımdan əhəmiyyətini inkar etməsə də, Ankaranın viza sərbəstliyi üçün lazımi bütün şərtləri yerinə yetirmədiyini düşünür. Onun ən çox maneə kimi gördüyü məsələ isə Türlkiyənin terror mübarizə qanunda tələb olunan islahatlara barmaqarası baxmasıdır: "Xüsusilə də terrorla mübarizə qanununda dəyişikliyə gedilməsinə istiqamətində biz tərəfdən hər hansı güzətli yanaşma sərgiləmək mümkün deyil. Bizim üçün hüquq dövləti və düzgünlük, hər şeydən öndə gəlir”-Gunther Oettinger belə deyib.Qeyd edək ki, Türkiyəyə güzəştli viza tətbiqi AB ilə imzalanan qaçqınlar sazişinin tələblərindən biridir.