"PKK və PYD "Ortadoğu siyasəti"ni təəssüf ki, yanlış oxudular. Və buna görə də, bu gün PKK-nın, PYD-nin Suriya siyasəti çökdü. Yəni bir "Kürd dəhliziqurub, Hataya, İskəndəruna və ya Lazkiyaya qədər uzanan yol xəritəsi və Amerikanın da buna sonuna qədər dəstək verəcəyi hesablandı. Ancaq bunun belə olmadığı ortaya çıxdı".
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyədə əsasən kürdlərin təmsil olunduğu HDP-nin Diyarbəkir şəhərindən seçilmiş deputatı Altan Tan deyib.
O, eyni zamanda, bölgədə Türkiyənin də yanlış siyasət yürütdüyünü iddia edib…
Strateq.az