ABŞ-ın Luiziana ştatında silahlı şəxs kinoteatra hücum edib. İnsident zamanı 3 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 58 yaşlı hücumçu sonradan əlindəki silahla özünü vurub. Hələlik hücumun səbəbləri barədə məlumat verilməyib. Yerli polisdən yalnız onu bildiriblər ki, yaralanan 7 nəfərin arasında vəziyyəti ağır olanlar var. İş üzrə cinayət işi başladılıb, təhqiqat gedir. Hadisə ilə bağlı terror versiyası da araşdırılır.