XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 22:05

Türkiyə Silahlı Qüvvələri:"32 kənd və qəsəbə İŞİD-dən təmizləndi"

turkiye-ordusu-tank-suriya

Suriyada "Fırat Qalxanı" adı altında İŞİD və YPG/PYD terrorçularına qarşı əməliyyat keçirən Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargahı yeni açıqlama yayıb.

Strateq.az xəbər verir ki, bu gün Zavgar ve Külliya bölgələrində İŞİD terroristlərinin 25 hədəfi də fırtına topları ilə məhv edilib:

"Əməliyyatın 8-ci günündə türk qırıcıları tərəfindən terroristlərin sığındığı 4 bina da içərisindəki terrorçularla birgə dəqiqliklə vurulub. Ümumiyyətlə, 24 avqustdan bu günə qədər ASO ilə birgə hərəkət edən türk ordusu 32 kənd və qəsəbəni terrorçulardan təmizləyərək, yerli mülki şəxslərin sərəncamına verib".