XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 10:13

Dollar və avronun bugünkü məzənnəsi- Mərkəzi Bank

manat1

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 31-i ilə müqayisədə dəyişməyərək 1,6321 manat olaraq qalıb.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,03% zəifləyərək 1,8204 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası da dəyişməyərək 0,0250 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,05% möhkəmlənərək 0,5517 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1458 manatdır. Beləliklə, funt sterlinq 0,31%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,44% artaraq 0,7112 manat təşkil edib.