XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 March 2015 - 06:39

Cavid Qurbanov fasiləsiz iş rejiminə keçəcək

cavid-qurbanov.jpg

Novruz bayramı günlərində – 20-28 mart tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək.
Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N. Əzməmmədov bildirib ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.
Eyni zamanda bayramı günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.
Sərnişin daşımaları departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək.