XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2015 - 03:58

PKK-ya ağır zərbələr endirildi

Dünən səhər İŞİD-ə qarşı həyata keçirilən əməliyyatın ardından PKK-ya qarşı başlanan əməliyyatlar bu gecə uğurla başa çatdırılıb.

Strateq.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gecə Türk Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın kürd bölgəsində yerləşən PKK qruplaşmalarına qarşı əməliyyat keçirib. Hərbi təyyarələr 10-a yaxın ayrı-ayrı bölgədə yerləşən PKK qərargahına ağır zərbələr endirib. Bombalanan bölgələr arasında Qandil dağı da var.

PKK qərargahlarına qarşı əməliyyat keçirən hərbi təyyarələr Diyarbəkr və Batman ərazisindən havaya qalxaraq, Zap vadisi, Qare dağı, Metina dağları, Haftanin və Avaşin bölgələrinə zərbələr endirib. Bunun ardınca terror təşkilatının idarəetmə mərkəzinin yerləşdiyi Qəndil dağı, Türk Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən hədəf seçilib.

Bu, 2012-ci ildən sonra PKK-ya qarşı həyata keçirilən ilk hava əməliyyatıdır.

Namiq