Türkiyədə çevriliş cəhdinin ardınca aparılan həbslərlə yanaşı, FETÖ mənsublarının daşınar və daşınmaz əmlaklarının müsadirə olunması prosesi də davam edir.
Strateq.az xəbər verir ki, bu gündək Fətullah Gülənə bağlı olan iş adamlarının 12 milyard lirə dəyərində daşınmaz əmlakları müsadirə olunub.
Bu barədə açıqlama verən nazir Mehmet Özhaseki deyib ki, FETÖ mənsublarına məxsus olan 4 min 645 ədəd daşınmaz əmlak artıq dövlət xəzinəsinə təhvil verilib və bu yöndə proses hələ də davam edir: "Hələlik müsadirə olunan daşınmaz əmlakların ümumi dəyəri 12 milyard lira (təqribən 6 milyard manat) civarındadır"