XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

25 İyul 2015 - 09:34

Türk F-16-larının hədəfi kimdir- İŞİD, yoxsa kürd separatizmi?

Dünən gecə Türkiyə ordusunun başlatdığı hərbi əməliyyatların İŞİD-ə qarşı həyata keçirildiyi düşünülürdü. Suriyadan verilən məlumatlar isə başqa mətləblərdən xəbər verir.

Strateq.az bildirir ki, PKK-nın Suriya qanadı olaraq bilinən PYD-nin bu gün yaydığı məlumata görə, Türkiyə ordusuna aid hərbi təyyarələr Suriyanın şimalında yerləşən Behdinan bölgəsini ağır bombardıman edib. Təşklatın mətbuat xidməti tərəfindən yayılan bəyanatda bununla da tərəflər arasında razılaşdırılmış atəşkəsin anlamının qalmadığı vurğulanır.

Bəyanatda həmçinin Behdinanla yanaşı, İraqın şimalında yerləşən PKK düşərgələrinin də vurulduğu məlum olur.

Bombardımanın xeyli güclü olduğu bəyanatdakı bu sözlərdən aydınlaşır:

“Türk ordusuna aid hərbi təyyarələrinin Behdinana şiddətli bomba atışları aralıqsız davam etmiş, 25 iyul gecə yarısı saat 01: 00-dən etibarən isə Qəndil və Xakurkə sahələrində eyni şiddətdə bombardmanlar başlamışdı”.

Qeyd edək ki, ötən gecə Diyarbəkirdən havalanan hərbi təyyarələrdən bəzilərinin Suriya, bəzilərinin isə İraq sərhədlərinə tərəf uçduqları müşahidə olunmuşdu. Müşahidəçilər İraqa uçan təyyarələrin PKK-nın məskunlaşdığı Qəndili bombalayacağını təxmin etsələr də, Suriya istiqamətinə yönələn F-16-ların İŞİD mövqelərini hədəfə alacağı güman olunurdu. PYD-nin yaydığı məlumatlar isə bütün istiqamətlərdə hədəfin kürd separatizmi olduğunu göstərir.

Heydər

Strateq.az