XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2015 - 21:49

Baş nazirin müavinindən açıqlama: “Yanan binanın istintaqı 10 günə bitəcək”

Azadlıq prospektində yanan hündürmərtəbəli binada təmir işləri yeni dərs ilinədək yekunlaşdırılacaq.

ANS-in məlumatına görə, bu haqda baş nazirin birinci müavini və yanğınla bağlı yaradılan dövlət komissiyasının sədri Abid Şərifov məlumat verib.

Mir Şahin Ağayevə eksklüziv müsahibəsində baş nazirin müavini bildirib: “Biz tapşırıq almışıq ki, binada təmir işləri 15 sentyabra gədər qurtarsın”.

O, bunun yeni dərs ili ilə əlaqəli olaraq şagirdlərin və tələbələrin dərsə rahat getməsini təmin etmək üçün vacib olduğunu söyləyib: “Mənzillər yüksək keyfiyyətli tikinti materiallarının istifadəsi ilə təmir edilir, bütün mənzillər mebellə təmin olunacaq, yalnız mətbəx mebeli ilə yox, yataq mebeli ilə də təmin olunacaq”.

Azadlıq prospektində yerləşən yaşayış binasında baş verən yanğına görə məsuliyyət daşıyanlara gəldikdə isə, Abid Şərifov məsələ ilə bağlı hazırda davam edən istintaqın yaxın 10 gündə bitəcəyini açıqlayıb.