XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 Mart 2015 - 07:12

Nazarbayevin kürəkəni: “Intihar, yoxsa qətl?”

nazarbayev.jpg

Avstriyalı vəkillər Qazaxıstan prezidenti Nazarbayevin keçmiş kürəkəninin Vyana həbsxanasında intihar etdiyini şübhə altına alıblar.
Avstriya hüquq-mühafizə orqanları Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni, milyonçu Rakhat Aliyev-in intihar etmədiyinə, əslində siyasi qətlin qurbanı olduğuna dair şübhələrin araşdırlmasına başlayıb.
Həbsxana rəsmiləri ötən çərşənbə axşamı saat 7.20-də Rahat Aliyevin meyitinin tənziflərdən düzəldilmiş kəndirdən asılı vəziyyətdə aşkar etdiklərini bildirmişdilər.
Casus romanı kimi
“The İndependent” qəzeti “Qazaxıstanın avtokratik lideri Nazarbayevin siyasi rəqibinin Aliyevin Vyanadakı Cozefstad həbsxanasının xəstəxana bölümündə intihar etməsini Con Le Carrın casus romanlarından götürülmüş süjet”ə bənzədib.
Qəzet yazır ki, vaxtilə Qazaxıstanın Vyanadakı səfiri və bundan əvvəl ölkəsinin təhlükəszilik xidmətlərinin rəhbəri işləmiş Aliyev iki qazax bankirinin qətlində əli olması iddiası ilə məhkəmə dinləməsini gözləyirdi. O ötən iyunda Avstryia hakimiyyət orqanlarına özü təslim olmuşdu.
Avstriya Qazaxıstanda insan haqlarının bərbad vəziyyətini əsas gətirərək onun ekstradisiyası ilə bağlı Astananın ricasını rədd etmişdi.
Həbsxana başçısı Peter Preçtl ilkin təhqiqatdan sonra Aliyevin özünü asdığını bildirmişdi.
Kameraların kameraları
Mətbuat yazır ki, xəstəxana rəhbərliyi öz qərarını bütün kameralarda yerləşdirilmiş video kameralardan alınan videoyazılar əsasında çıxardığını iddia edir.
Bu kameralar həbsxanaya gəlib-gedənlərin hamısını qeydə alır.
Həbsxana rəhbərliyi bildirib ki, Aliyev son dəfə sağ olaraq axşam saat 10-da kameralara dərmanlar paylanarkən görünüb.
Cənab Preçtl iddia edir ki, sonrakı 9 saat ərzində Rahat Aliyevin kamerasına kiminsə daxil olduğunu və ya kameraların işinə müdaxilə edildiyini göstərən əlamətlər yoxdur.
Bununla belə Aliyevin vəkilləri iddia edirlər ki, həbsxananın verdiyi məlumatların doğru olmadığını nümayiş etdirən çoxsaylı dəlillər mövcuddur.
“Biz əminik ki, onun ölümü könüllü şəkildə icra edilmiş intihar olmayıb” – deyib vəkil Klaus Ainedter.
Onu həbsxanada hədələyiblər
Cənab Eynedter bildirib ki, ölümündən cəmi bir neçə saat əvvəl Aliyev başqa bir iş üzrə məhkəməyə ifadə verməyə hazırlaşırmış.
O həbxanada saxlanan məhbuslardan birinə qarşı ifadə verəcəkmiş. Həmin məhbusun Aliyev-ə onu öldürəcəyini və bunu intihar kimi quracağını söylədiyi iddia olunurdu.
Vəkilin dediyinə görə, sözü gedən məhbus Aliyevdən pul qoparmaq istəyirmiş.
Həbsxana rəhbərliyi Rahat Aliyev-i təhdidlərdən qorumaq üçün onu xəstəxana bölümünə keçirtmişdi.
Vəkillərin sözlərinə görə bundan başqa Aliyev həmçinin çərşənbə günü səhər üçün bərbər çağırtdırmışdı və ailəsi ilə görüşə hazırlaşırdı.
Onun dul xanımı Elnara Aliyevlərin Maltadakı evindən danışaraq bildirib ki, ərinin intihar etməsini tamamilə qeyri-mümkün sayır.
Qadının sözlərinə görə, Rahat Aliyev son dərəcə sevdiyi ailəsini bu şəkildə qoyub gedə bilməzdi.
İkinci autopsiya
Aliyevin vəkilləri bildiriblər ki, o yaxşı yata bilmək üçün yuxu dərmanı qəbul edirmiş, lakin autopsiya onun orqanizmində yüksək dozada qəbul edilərsə, ölümcül ola biləcək güclü yuxu preparatının izlərini göstərib.
Vəkillər dozanın müəyyənləşdirilməsi üçün ikinci autopsiyanın keçirilməsini tələb ediblər.
Onlar həmçinin diqqəti belə bir məqama çəkiblər ki, birinci autopsiyanı icra etmiş həkim, Aliyev-ə qarşı ittihama əsasən keçiriləcək dinləmədə prokurorluğun şahidi olmalıymış.
Avstriyanın ədliyyə naziri Volfgang Brandstetter, Rahat Aliyevin ölüm səbəbinin araşdırılması məqsədilə müstəqil komissiya yaradılmasına sərəncam verib.
Qəzet yazır ki, prezidentin qızı Dariga Nazarbayeva ilə evli olması Aliyevə xarici işlər nazirinin müavini və vergilər naziri kimi postları tutmasına kömək etmişdi və müəyyən bir məqamda ona qaynatasının varisi kimi baxılırdı.
Kürəkənin süqutu
Lakin o, 2007-ci ildə Qazaxıstandakı “Nurbank”ın direktoru olduqdan sonra bankın prezidenti və sədri yoxa çıxmışdılar. Elə həmin il Rahat Aliyevə qarşı adam oğurluğu ilə bağlı cinayət işi açılarkən, o, artıq Avstriyada öz ölkəsinin səfiri kimi xidmət edirdi.
2008-ci ildə Qazaxıstan məhkəməsi Aliyev-i adam oğurluğunda, dövlət xəyanətində və prezidentə qarşı çevriliş cəhdində təqsirli bilmişdi. 2011-ci ildə bankirlərin meyitlərinin tapılmasının ardınca Qazaxıstan rəhbərliyi Avstriyadan Aliyevin təslim edilməsini rica etmişdi. Lakin Avstriya Qazaxıstanda insan haqlarının vəziyyəti ilə bağlı ekstradisiyadan imtina etmiş, amma Aliyev-i mühakimə edəcəyini bildirmişdi.
Avstriya hakimiyyət orqanları öldürülmüş bankirlərin qohumlarınıtəmsil edən “Təqdir” adlı təşkilatın birbaşa prezident Nazarbayevə tabe xüsusi xidmətlərin qurama təşkilatı olduğundan şübhələnirlər. “Təqdir” qrupunun avstriyalı vəkili bu iddiaları rədd edir.
ölümündən əvvəl Rahat Aliyev iki bankirin oğurlanmasında və qətlində heç bir iştirakının olmadığını iddia edir və bildirirdi ki, prezident tərəfindən qurulmuş siyasi qəsdin qurbanı olub.
< /div>

(“Azadlıq” radiosu)