XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2016 - 10:35

“Özbəkistan prezidenti ağır xəstədir” –Hökumət açıqlama yaydı

kerimov

"Özbəkistan prezidenti İslam Kərimov ağır xəstədir". 

Özbəkistan hökuməti prezidentin xəstəliyi ilə bağlı açıqlama verib. Qeyd edək ki, şənbə günü o beyin qansızması keçirdikdən sonra xəstəxanaya yerləşdirilib. Onun səhhəti son 24 saat ərzində qəfil kəskin pisləşib, cümə günü yerli hakimiyyət məlumat verib.

Müxalif media idda edir ki, 78 yaşlı İ. Kərimov dünyasını dəyişib. Bazar günü yerli hökumət detallara varmadan məlumat yayıb ki, cənab Kərimov müalicə alır. Növbəti gün, prezidentin qızı deyib ki, o beyin qansızmasından əziyyət çəkir.

BBC-dən Abdujalil Abdurasulov deyir ki, əvvəllər prezidentin sağlamlığı haqqında məlumat sirr kimi saxlanırdı. Bu həftə hökumət ilk dəfə olraq bununla bağlı məlumat yayıb.

Prezident Kərimov son dəfə avqustun 17-də dövlət televiziyasında Cənubi Koreyanın daxili işlər naziri ilə iclasda görünüb.

O, 1991-ci ildə müstəqillik qazanmazdan əvvəl SSR Ali Sovetinin sessiyasında prezident seçilib və müstəqillik dövründə ümumxalq seçkilərində qalib gələrək indiyə kimi fasiləsiz olaraq prezidentdir. 

2002-ci il 27 fevralda keçirilmiş ümummilli referendumun nəticəsində Özbəkistanda prezidentlik müddəti 5 ildən 7 ilədək artırılıb.