XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2016 - 10:51

“Rusiya öz əraziləri ilə ticarət aparmır” –Putin

Putin

“Rusiya öz əraziləri ilə ticarət aparmır”.

Bu barədə Rusiya prezidenti Vladimir Putin “Bloomberg” nəşrinə müsahibəsində Cənubi Kuril ətrafında Yaponiya ilə ərazi mübahisəsindən danışarkən bildirib. 

Putinin sözlərinə görə, Moskva yapon dostlarla bu problemi həll etməyi çox istəyərdi: “1956-cı ildə SSRİ və Yaponiya arasında imzalanan deklarasiya ilə adlar ətrafında mübahisəni demək olar ki, həll etmişik, lakin Yaponiya bu sülh sazişini imzalamaqdan imtina etdi, sonra isə SSRİ bu məsələni gündəlikdən çıxardı”.

Putinin sözlərinə görə, söhbət hər hansı bir dəyişiklikdən və satışdan getmir:

“Söhbət hər iki tərəfin özünü qalib və ya məğlub hesab edə bilməyəcəyi həll yolunun axtarışından gedir”, – deyə Putin bu yaxınlarda Yaponiyanın baş nazir Sindzo Abe ilə görüşündə bildirmişdi. 

AzVision.az