XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

26 İyul 2015 - 10:49

Obama Afrikada qohumları ilə görüşdü – Foto

Obama_47.jpg

ABŞ-ın ilk afro-amerikalı soylu prezidenti Barak Obama Afrika səfərinə ilk olaraq Keniyadan başlayıb. Dünən Keniya paytaxtı Nayrobidə ABŞ prezidenti qohumları ilə görüşüb. B.Obama ogey bacısı Auma ilə birlikdə qohumları ilə mehmanxanda yemək yeyib.

2009-cu ildə prezident seçildikdən sonra Keniyaya heç səfər etməyən Obama sonuncu dəfə senator olan zaman bura gəlib və atasının məzarı olan Koqelo kəndinə gedib.

B.Obamanın atası Barak Hüseyn ABŞ-da ali təhsil alıb, oğlunun doğulmasından üç il sonra vətəninə qayıdıb. Obamanın atası 1982-ci ildə yol qəzasında vəfat edib.

Koqela kəndində Obamanın çoxlu qohumu yaşayır. Bunlar arasında onun “nənə” deyə çağırdığı ögey nənəsi də var. Babası Hüseyn Onyanqo Obamanın üçüncü arvadı olan Sara jurnalistlərə açıqlamasında ABŞ prezidentinə milli yeməklərdən ibarət ziyafət hazırladığını bildirmişdi.

Obama ona doğma olan Koqelo kəndini unutmayıb. Hələ senator olanda burada məktəb tikdirib. O zamandan bəri kənddə doğulan bir çox oğlan uşaqlarına Obama adı verilib.

Strateq.az