İran hökuməti bir sutkalıq susqunluqdan sonra bu gün Türkiyənin Suriya ərazisində İŞİD mövqelərini havadan bombalamasına münasibət bildirib.
Strateq.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfham bildirib: “Terrorizmə qarşı mübarizə üçün dövlətlərin çoxtərəfli əməkdaşlıq etməsi zəruridir. Anacaq bu, eyni zamanda ölkələrin milli suverenliyinə hörmət əsasında, beynəlxalq hüququn təməl dəyərlərinə uğyun olaraq həyata keçirilməlidir”.
İran XİN rəsmisinin sözlərinə görə, dövlətin milli suverenliyini zəiflədəcək hər cür əməliyyat terror qruplarını vəhşi cinayətlərində daha da irəli getməyə cəsarətləndirəcəkdir.
Tehranın terrorizmlə mübarizə üçün beynəlxalq əməkdaşlığı müsbət qarşıladığını bildirən sözçü “Terror qruplarına qarşı hər çür əməliyat terror qurbanı olan ölkələrin hökumətləri ilə əlaqəlı şəkildə həyata keçirilməlidir” eyib.
Strateq.az