XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2015 - 11:39

İslamabadda ABŞ səfirliyinin əməkdaşı öldürülüb

ABSH_Bayraqi.jpg

İslamabadda ABŞ səfirliyinin əməkdaşı öldürülüb.

Strateq.az bildirir ki, bu barədə Pakistanda nəşr olunan “Doon” qəzeti məlumat yayıb. Səfirliyin öldürülən kişi əməkdaşının meyiti onun İslamabaddadkı evində tapılıb. öldürülən İkbal Baiq ABŞ Ədliyyə Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində işləyirmiş.

ABŞ səfirliyi hadisə ilə bağlı hər hansı açıqlama verməyib.

Polis orqanları da qətlin motivi ilə bağlı açıqlama verməyiblər. Məlum olub ki, Baiq “İsmayilliyə” icmasının üzvü olub. Yerli KİV qeyd edir ki, şiə icmalarının üzvləri tez-tez hücumlara məruz qalırlar.

Strateq.az