XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2015 - 13:01

Yerevanda aksiyalar yenidən başlaya bilər

ermeni aksiya02.jpg

Ermənistan hökümətinin elektrik enerjisi tariflərinin artırılması barədə qərarının ləğvi tələbi ilə bazar ertəsi Yerevanın əsas meydanında oturaq etiraz aksiyası keçiriləcək.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Ayağa qalx, Ermənistan” vətəndaş hərəkatı bildirib.

Etiraz aksiyası yerli vaxtla saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Ayağa qalx, Ermənistan” hərəkatı avqustun 1-dək qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.

Strateq.az