Prezident İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Əbülfət Novruz oğlu Qocayev sözügedən cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Əbülfət Novruz oğlu Qocayev "Meyvəli" Meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasının direktorudur.