XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2016 - 21:04

İslam Kərimov sabah dəfn olunacaq –Baş nazir dəfn komissiyasına rəhbərlik edəcək

kerimov-islam-1

Özbəkistan parlamenti və hökuməti ölkə prezidenti İslam Kərimovun bu gün vəfat etməsi barədə birgə açıqlama yayıblar.

Strateq.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, birgə açıqlamada prezidentin bu gün az əvvəl vəfat etdiyi bildirilib və əlavə olunub ki, sabah dəfn olunacaq.

Rəsmi məlumatda o da bildirilib ki, insult keçirən prezident İ.Kərimov komada olub: "O, aparata qoşulmuşdu. Daşkəınd vaxtı ilə  saat 20.15-də aparatdan çıxarılıb…".

Məlumata görə, artıq dəfn komissiyası da yaradılıb: "Dəfn Komissiyasının sədri baş nazir Şavkat  Mirziyoyev təyin edilib. 

Komissiyanın tərkibinə Senatın (parlamentin üst qanadı) sədri Niqmatulla Yuldaşev və Qanunvericilik Palatasının sədri Nurincon İsmailov, habelə hökumət üzvləri daxildir.

Mərhum prezident Səmərqəndəki Şahi Zində tarixi abidəsinin yanında dəfn olunacaq".

Qeyd edək ki, İ.Kərimovun valideynləri də orada dəfn olunub

Strateq.az xəbər verir ki, İ.Kərimovun vəfatı Daşkənd vaxtı ilə 21.45-də Özbəkistan Dövlət Televiziyasından da elan edilib.

Onu da qeyd edək ki, İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

Allah rəhmət eləsin!