XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2015 - 14:40

Bəşər Əsəd getdikcə çarəsizləşir: “Hər cür dialoqa hazıram, amma…”

“İnsan qaynağı baxımından problemlərimiz var. Amma bu, çökdüyümüz mənasına gəlmir. Son ana qədər müqavimət göstərəcəyik. Silahlı qüvvələrimiz ana vətənimizi müdafiə edə biləcək vəziyyətdədir”.

Bir ordu generalının ən çarəsiz zamanında deyə biləcəyi bu sözlər Bəşər Əsədə aiddir.

Strateq.az xəbər verir ki, Suriya lideri ölkənin tanınmış iş adamlarıyla görüşündə çarəsizliyindən xəbər verən bu cümlələri səsləndirib. O, vətəndaş müharibəsinin dayanması üçün hər cür dialoqu dəstəklədiyini, amma terrorla mübarizə əsasına söykənməyən cəhdlərin “içi boş” və “mənasız” olacağını bildirib.

Əsəd həmçinin bəzi dövlətlərin müxalif qruplara dəstəyini artırdığını və hətta müəyyən bölgələrə birbaşa müdaxilə etdiklərini də önə sürüb.

Suriyanı dəstəkləyənlərə gəlincə, ölkə başçısı İranın və Livan Hizbullahının adını xüsusilə çəkib. O, İrandan alınan yardımın sadəcə mütəxəssis dəstəyiylə məhdudlaşdığını, Hizbullahın isə Suriya ordusuyla birlikdə döyüşdüyünü etiraf edib.

Strateq.az