İngiltərənin “Times” qəzeti Türkiyənin PKK-ya qarşı həyata keçirdiyi anti-terror əməliyyatlarını təhlil edən “Atəş çevrəsi” adlı yazı dərc edib. Qəzet PKK-ya qarşı əməliyyatların təhlükəli sonuclar verə biləcəyini deyir və “Dövlət başçısı Ərdoğan dərhal geri addım atmalıdır”,– deyə bildirir.
Qəzet, PKK terror təşkilatının həbsdə olan rəhbəri öcalan ilə bəzi uzlaşmaların olduğunu, bu anti-terror əməliyyatdan sonra çalışmaların nəticəsiz qalacağı qənaətini bildirir.
Yazıda Türkiyənin anti-terror əməliyyatları dəlilik olaraq qiymətləndirilir.
İmzasız yayımlanan bu yazıda, əməliyyatların nəticəsinin necə ola biləcəyi haqda proqnoz verilir: “Keçdiyimiz 18 ayda İŞİD-ə qarşı ən təsirli dirəniş göstərən PKK-ya yaxın suriyalı kürd gücləri YPG və Ərbildən idarə olunan peşmərgə gücləri oldu. Kürd sıralarını zəiflətmək İŞİD-in gücünü artıracaq. Onlar həm quzeydə yeni torpaqlar əldə edəcək, həm də Bağdada yaxınlaşacaq. Bundan başqa, Türkiyənin son bombardımanı ara-sıra baş verən atışmaları alovlandıracaq”.
“Times” sonda Türkiyəyə məsləhət verir: “İki cəbhədə sürən anlamsız savaş Türkiyənin indiyə qədərki ən böyük yanılmasıdır. Lakin Türkiyənin hələ də bu qığılcımı söndürmə şansı var. Türkiyə PKK ilə təcili atəşkəs əldə edə bilər”.
Namiq