«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı polisə çağırılıb.
Bunu AzadlıqRadiosuna Əvəz Zeynallı özü bildirib.
«Bu gün məni saat 15:00 üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırdılar, səbəbini izah etmədilər, dedilər ki, gəl, söhbətimiz var. Mən də məişət işlərimlə bağlı ancaq saat 4-də gedə biləcəyəm», – deyə jurnalist bildirib.
Əvəz Zeynallının polisə çağrılma səbəblərini Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən öyrənmək cəhdləri alınmayıb.
Əvəz Zeynallı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2015-cil dekabrın 29-da dövlət başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.