XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2016 - 14:55

Özbəklər İslam Kərimovla belə vidalaşdı –Foto /Video

i8

 Özbəkistanın mərhum prezidenti İslam Kərimov Səmərqəndin mərkəzində yerləşən Registan meydanında təşkil edilən vida mərasimindən sonra dəfn edilib.

 İ.Kərimov Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında dəfn olunub.

Onun nəşini qohumları və vətəndaşlar meydandan məzarlığa çiyinlərində aparıblar. 

İ.Kərimovu son mənzilə aralarında xarici nümayəndə heyətlərinin də olduğu minlərlə insan yola salıb. 

Dəfn mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun ölümü ilə bağlı dünən rəsmi məlumat yayıb.

Ölkədə bu gündən 3 günlük matəm elan olunub. 

İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi. (APA)

i2

i3

i4

i5

i6

i7

i9