XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2016 - 15:57

Bahalı siqaretlərin qiyməti qalxacaq –Siqaret satışı dayandı

siqaret

Bu gün paytaxtın bir çox satış nöqtələrində siqaretlərin satışı dayandırılıb və ya məhdudlaşdırılıb.  Winston XS, Kent, Parlament, Davidoff markalı siqaretlər bu gün səhər saatlarından satılmır.  

Strateq.az-ın əməkdaşı ilə söhbətdə satıcılar bildiriblər ki, topdansatış şirkətləri mal verməyi dayandırıblar. Mağazalar isə  əllərində olan siqaretləri satmaq istəmirlər.  Gözlənti var ki,  yuxarıda qeyd edilən siqaret markaları bahalaşacaq. Buna görə, parəkəndə satış nöqtələri indiki qiymətə siqaret satmaq istəmir. Alıcılara isə deyilir ki, siqaretlər qurtarıb.

Satıcıların sözlərinə görə, indi 2.80 AZN və 3 AZN-ə satılan siqaretlərin ən azı 40-50 qəpik bahalaşması gözlənilir. Bu isə manatın məzənnəsinin aşağı düşməsi, dolların isə bahalaşması ilə izah edilir.

Qeyd edək ki, ötən il dekabrın 21-i Azərbaycanda baş verən devalvasiyanın ilk günü siqaretlərin qiyməti birdən-birə təqribən 50 faiz bahalaşmışdı. 4 gün əvvəl isə bəzi ucuz qiymətə satılan siqaretlər 10-20 qəpik bahalaşıb.

Strateq.az