XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2016 - 18:26

Türk ordusu:"İŞİD-in sığınacaq və silah anbarlarının əksəriyyətini məhv etdik"

bash qerargah

"24 Avqustda başlayan və sıx hava dəstəyilə davam edən "Fərat qalxanı" əməliyyatında böyük itkilər verən İŞİD sığınma sahələri və silah anbarlarının çoxunu itirib. Əliboş və sığınacaqsız qalan qüvvələrin müqavimət göstərmələri xeyli çətinləşib".
Strateq.az xəbər verir ki, bu məlumatı Türkiyənin Baş Qərargahı yayıb. 

Məlumata görə, İŞİD-lə mübarizədə koalisiya qüvvələrinə dəstək verən Türk Silahlı Qüvvələri mülki əhalinin zərər çəkməməsi üçün hər cür tədbiri görüb və bu məsələdə maksimum həssaslıq göstərilib:
"Mülki itkilərin meydana gəlməməsi məqsədilə son texnoloji üsullardan istifadə olunub, bununla bağlı bütün tədbirlər alınıb, əldə edilən görüntü və təsbitlərlə hədəflər həssaslıqla müəyyənləşdirilib, hədəflərin yaşayış yerlərinə yaxın olmamasına və vətəndaşların zərər görməməsinə mütləq şəkildə diqqət yetirilib".
Qeyd edək ki, bu açıqlama Türkiyənin Kilis vilayət mərkəzinə İŞİD tərəfindən atılan 3 raket zərbəsi şərh edilərkən bildirilib. Baş Qərargahın məlumatına əsasən, Kilisə atılan raketlərin qurğuları dərhal təsbit olunub və əks zərbə ilə susdurulub. Cavab atəşi olaraq hədəfə 16 raket zərbəsi endirilib və raket qurğuları ilə yanaşı, "xilafət"çilərin sığınacaqları da yerlə yeksan edilib.