XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2015 - 06:34

Dünyanın ən böyük 500 şirkəti – Reytinq

300.jpg

“Fortune” jurnalı dünyanın 500 ən böyük şirkətinin illik reytinqini dərc edib. Reytinqdə şirkətlər ötən maliyyə ili ərzində əldə etdikləri mədaxilin həcminə görə bölünür. “Fortune Global 500” siyahısında “Apple” şirkəti 15-ci yeri tutaraq Cənubi Koreyanın “Samsung” istehsalçısından iki pillə geri qalıb.

“Samsung” il ərzində 195 milyard, “Apple” 183 milyard dollar qazanc əldə edib. Lakin reytinqdə xalis gəlirə görə ABŞ istehsalçısı həm Cənubi Koreya şirkətindən, həm də reytinqin digər iştirakçılarından xeyli yüksəkdə qərarlaşıb. 39,5 milyard dollarlıq xalis gəlirlə “Apple” 500 şirkət arasında ikinci, “Samsung” doqquzuncu yerlə (21,9 milyard dollar) kifayətlənib.

Maraqlıdır ki, “Microsoft” korporasiyası 22 milyard dollar xalis gəlir əldə etməklə “Samsung”u bir pillə geridə qoyub. Reytinqdə gəlirə görə ABŞ-ın proqram təminatı istehsalçısı 95-ci yeri tutub.

Ictnews.az saytı xəbər verir ki, “Fortune Global 500” siyahısında lider dünyanın ən böyük pərakəndə satış şirkəti “Wal-Mart” supermarketlər şəbəkəsidir. Şirkətinin illik mədaxili 485,6 milyard, xalis gəliri 16,3 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, “Apple”ın ümumi mədaxili 39,5 milyard dollar məbləğində xalis gəlirlə 182,7 milyard dollara bərabər olub. Hesabat dövrünün yekunlarına görə “Apple”ın satışı təxminən 7 faiz artıb.

Siyahıda ikinci yerdə çinin neft-kimya şirkəti “Sinopec Group” qərarlaşıb. Şirkət il ərzində 446,8 milyard dollar qazanıb ki, bu da 2014-cü ildən 2 faiz azdır, – “Macdigger” yazır.

Strateq.az