XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2016 - 18:36

Türkiyə Suriyada ikinci cəbhə açıb? –ABŞ prezidentinə pressinq

Tank

 

Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində apardığı “Fərat qalxanı” müdaxilə əməliyytatını daha da genişləndirərək ikinci cəbhə açıb.

 Bu dəfə Türkiyə tankları və ağır artilleriyası Suriya sərhədini başqa yerdən – əl-Ray məntəqəsi yaxınlığından keçib.

Məlumatda deyilir ki, Türkiyə Suriya ərazisinə M60T tanklarına əlavə olaraq, yeni tipli "Leopard" tankları da gətirib. Hərbi texnikanın arasında minalardan qorunan "Kirpi" zirehli maşınları da var. Yeni cəbhə xətti Türkiyənin bundan əvvəl müdaxilə etdiyi Cerablusdan 25 kilometr qərb istiqamətindədir.

“Fərat sipəri” əməliyyatı avqustun 24-də Suriyanın şimalında başlanıb.

Həmin gün Türkiyə Suriyanın şimalına 40 tank keçirmişdi. Bu tanklar minədək türkyönlü Suriya qiyamçısına dəstək verirdi. Rəsmi Dəməşq Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsini pisləmişdi.

Tank 2

Avqustun 26-da Türkiyə baş nazirinin müavini Kurtulmuş bəyan etmişdi ki, onun ölkəsi bu müdaxilə ilə müharibəyə başlamayıb və Suriya ərazisinin işğalını davam etdirmək niyyətində deyildir.

O, həmçinin bildirmişdi, əməliyyatın başlanması barədə Dəməşqə xəbərdarlıq edilib. Baş nazirin müavini demişdi ki, Türkiyə qoşunlarının müdaxiləsindən məqsəd Suriya ərazisindəki İŞİD cihadçılarına və eyni zamanda kürd separatçılarına zərbə endirilməsidir.

Ağ Ev Türkiyənin bu müdaxiləsini pisləmişdi. Suriyadakı SDQ qüvvələri ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində Vaşinqtonun ən səmərəli müttəfiqidir. Buna görə də ABŞ iki müttəfiqinin arasında hər hansı toqquşmaların baş verməsində maraqlı deyil.

Vaşinqton Türkiyənin istəyinə uyğun olaraq kürd qüvvələrinə Fərat çayının qərb sahilinə çəkilməyi əmr etmişdi.

Müşahidəçilər bildirirlər ki, Türkiyənin Suriyada ikinci cəbhə açması həm də Barack Obama üzərinə pressinqi artırmaq məqsədi güdə bilər, belə ki, Erdoğan və Obama arasında sentyabrın 4-də Çində keçiriləcək görüşdə Suriya məsələsinin qızğın müzakirə ediləcəyi gözlənilir. İki prezident G20 sammitin zamanı görüşməlidr.

Bundan əvvəl rəsmi Ankara ABŞ-ı kürdlərə dəstək verən siyasətinə yenidən baxmağa çağırmışdı.

Rusiya XİN də Türkiyənin Suriyaya müdaxiləsinə yumşaq tonda etiraz etmiş, Ankaranı Suriya hökumət qüvvələrinə və etnik kürdlətə hücum etməməyə çağırmışdı.

Lakin Qərb mətbuatı Suriya-Rusiya-Türkiyə arasında kürd məsələsinə dair centlmen sazişinin olmasından yazır.

Təhlilçilər bildirirlər ki, bu saziş kürdlərin qətiyyən xeyrinə deyil.

(Azadlıq.org)