XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2016 - 13:33

PKK-nın bölgə rəhbəri öldürüldü –Vanda əməliyyat davam edir

ilisu-pkk

Türkiyənin Van şəhərinin Çaldıran rayonundakı "Tendürek dağı" ətrafında PKK-ya yönəlik əməliyyatda terror təşkilatının önəmli isimlərindən olan "Mahir" kod adlı Hakan Yeni öldürülüb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, dağın ətəklərində çoxlu sayda bir-biriylə əlaqəli mağaraların olması əməliyyat şəraitini çətinləşdirsə də, türk ordusu plana uyğun uğurlu irəliləyişini davam etdirir:

"Hazırda bölgəyə əlavə jandarma özəl qüvvələri və helikopterler göndərilib. Dağın ətrafında olan mağaralara yönəlik  əməliyyatlar sürətlə davam edir. Artıq xeyli mağaralar terroristlərdən təmizlənib. Belə əməliyyatların birində də PKK-nın Tendürek bölgə rəhbəri "Mahir" kod adlı Hakan Yeni ölü olaraq, ələ keçirilıib".