Türkiyədə FETÖ-nün “Dəniz qüvvələri imamı” olduğu iddia edilən Orhan Sipahioğlu İstanbulda həbs edilib. FETÖ-nün “Hava qüvvələri imamı” adlandırılan Adil Öksüz isə hələ də gizlənir.
CNN Türk-ün məlumatına görə, Orhan Sipahioğlu İstanbulun Beykoz rayonunda həbs edilib və dindirilməyə aparılıb.
Orhan Sipahioğlunun adını uzun illər Fətullah Gülənin yanında qalan və etirafları ilə onun şəbəkəsini ifşa edən Nurettin Veren açıqlamışdı.