XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2016 - 13:14

Röyter agentliyi:"ABŞ və Rusiya Suriya məsələsində anlaşa bilməyib"

Lavrov

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrovun Suriyada atəşkəslə bağlı  razılığının əldə olunması üçün apardıqları danışıqlar nəticəsiz başa çatıb.

Bu barədə Dövlət Departamentindəki mənbəyə istinadla, ABŞ-ın Röyter agentliyi məlumat yayıb.

Rusiyanın İnterfaks agentliyi təsdiqləyib ki, Lavrov-Kerri görüşündə tam anlaşma əldə etmək mümkün olmayıb: “Amma proses davam edir və ABŞ Dövlət Departamentinin dramatik bəyantında deyildiyi kimi, heç nə alınmır, fikririni irəli sürmək doğru deyil”.

Dünən C.Kerri bəyan etmişdi ki, Rusiya və ABŞ Suriya ilə bağlı bir çox texniki detalları razılaşdırıblar: “Çoxlu texniki detallar həll edilib. Amma bir neçə mürəkkəb məsələlə qalır. Biz hər iki tərəfin marağını nəzərə alaraq onları necə həll etmək üzərində işləyirik”.

Xatırladaq ki, dünən Kerri və Lavrov görüşü Çində keçirilən “Böyük iyirmilik” ölkələrinin Sammtində baş tutub.