İyulun 25-də Londonda “İranın təbliğat siyasəti və fars olmayan millətlər” mövzusunda tədbir keçirilib.
Strateq.az xəbər verir ki, İranda yaşayan bir neçə milləti – türk, ərəb, bəluc və kürdləri təmsil edən nümayəndələrin qatıldığı tədbirdə İranda fars təbliğatının təsirlərindən danışılıb.
Məruzəçi qismində çıxış edən Güney Azerbaycan İstiqlal Partiyasının (GAİP) araşdırma merkezinin rehberi Oğuz Türk İranın Ərəb dünyasında, Türkiyə və Azərbaycanda yürütdüyü təbliğat siyasətinin əsas istiqamətlərindən ətraflı bəhs edib.
Oğuz Türk fars olmayan millətlərin İranın bu siyasətinə qarşı birgə fəaliyyətinin zəruriliyini vurğulayaraq, Güney Azərbaycanın istiqlaliyyətinin bölgənin və dünyanın geopolitik durumuna əhəmiyyətli təsir göstərəcəyini, Orta Doğunun bir çox problemlərinin çözüləcəyini qeyd edib.
Tədbirdə digər çıxışçılar da İranın fars millətçiliyinə qarşı bu ölkədə yaşayan digər azsaylı xalqların və etnik qrupların birgə fəaliyyət göstərməsinin zəruruiliyini söyləyib, təklif və tövsiyələrini veriblər.
Qeyd edək ki, tədbirdən geniş reportaj artıq internetdə də yerləşdirilib.
Strateq.az