XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 Sentyabr 2016 - 18:21

Ərdoğandan Obama və PutinəSuriya təklifi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan «G-20» sammitində ABŞ prezidenti Barak Obama və rusiyalı həmkarı Vladimir Putinə Suriyanın şimalında təhlükəsiz zona yaratmağı təklif edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb.

Məlumata görə, Ərdoğan məlum ərazidə təhlükəsiz zonanın mövcudluğunu zərurət adlandırıb. Türkiyə prezidenti hesab edir ki, həmin zonaya suriyalı və iraqlı qaçqınları yerləşdirmək və bununla da miqrasiya böhranını həll etmək olar.

Ərdoğan onu da əlavə edib ki, Türkiyədən başqa heç bir ölkə bu istiqamətdə addım atmayıb: «Türkiyə 3 milyondan artıq suriyalı və iraqlı qaçqına qapı açıb. Qaçqınların saxlanılması üçün Türkiyə büdcəsindən 12 milyard dollardan çox vəsait  xərclənib".